Moderator.az-ın verdiyi xəbərə görə, mərkəz bu dəfə də 3 yaşlı Xədicə bala üçün Af Hotel Novxanı Aqua Parkda xeyriyyə konserti həyata keçirib. Konsertdə sənətçilərlə yanaşı, animatorlar, rəqs qrupları, Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova və yardımsevər insanlar iştirak edib.
Sənətçilərin ifasında rəngarəng musiqilər, rəqs qruplarının və animatorların əsrarəngiz şouları konsertə rəngrarəng abu hava qataraq, iştirakçıların zövqünü oxşamışdır.
Bununla yanaşı konsertdə xeyriyyə məqsədi üçün əl işlərinin satışından ibarət guşə yaradılıb. Həmçinin FACE ART uşaqların üzündə müxtəlif cizgi film qəhrəmanlarının obrazlarını canlandırıb.
Qeyd edək ki, Konsertin təşkilatı dəstəyi EdelVeiss gül salonudur.
Dəstək olmaq istəyənlər üçün :
Bank sistemlerindən "BANK RESPUBLİKA" -nı seçirsiniz. BİRİNCİ xanaya: 380194402350064201, İKİNCİ xana: 09628986







































































































