3 medalı olan qazi evləndi - FOTO

Hazırda oxunan: 3 medalı olan qazi evləndi - FOTO

86376

Xaçmazda Vətən Müharibəsi qazisi Zeynal Məmmədovun toy mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, toy mərasimində qazinin ailə üzvləri, doğmaları ilə yanaşı şəhid ailələrinin nümayəndələri, qazilər, keçmiş döyüşçülər və rayon rəhbərliyi  də iştirak edib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Xaçmaz RİH başçısı Elnur Rzayev qazinin toy mərasimində çıxış edərək ona gələcək ailə həyatında xoşbəxtlik arzulayıb, xoş arzularını çatdırıb.

Onun 44 günlük Vətən Müharibəsində göstərdiyi döyüş şücaətindən danışaraq Zeynalın öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu  kumi, yaxşı ailə başçısı da olacağını deyib.

Toy şənliyi əsl el şənliyi kimi keçib. Rayon rəhbəri Elnur Rzayev qazilərlə və bəylə rəqs edib.

Qeyd edək ki, Zeynal Məmmədov Vətən Müharibəsində Daxili Qoşunların çavuşu kimi xidmət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilən Zeynal Məmmədov hazırda mühafizə polisi sistemində çalışır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO