Britaniya Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

Britaniya Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

Hazırda oxunan: Britaniya Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

643314

Böyük Britaniya Yəməndəki husilərin hücumlarından şəhərləri və kritik infrastrukturu qorumaq məqsədilə Səudiyyə Ərəbistanına “Eurofighter Typhoon” qırıcıları və A400M hərbi-nəqliyyat təyyarəsi göndərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
 

Məlumata görə, qırıcı təyyarələr yalnız müdafiə xarakterli tapşırıqları yerinə yetirəcək, Səudiyyə Ərəbistanının hava məkanını pilotsuz uçuş aparatları və raket hücumlarından qoruyacaq. Onlar husilərə qarşı zərbələrdə iştirak etməyəcəklər.


A400M təyyarəsi hərbi yüklərin və britaniyalı məsləhətçilərin daşınmasını təmin edəcək.

Bundan əlavə, London daha əvvəl Səudiyyə Ərəbistanına göndərilmiş yanacaqdolduran təyyarənin missiyasını 90 gün uzadıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO