Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir

Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir

Hazırda oxunan: Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir

643321

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün rayonun Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş mübahisə məktəblilərdən birinin  xəsarət alması ilə nəticələnib.
 

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.


Təcili yardım xidmətinin əməkdaşları tərəfindən xəsarət almış şagirdə məktəbdə ilkin tibbi yardım göstərilib, daha sonra o, müvafiq tibb müəssisəsinə yönləndirilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO