Bakıda mərkəzi yolların bağlanması tıxaca səbəb olub

Bakıda mərkəzi yolların bağlanması tıxaca səbəb olub

Hazırda oxunan: Bakıda mərkəzi yolların bağlanması tıxaca səbəb olub

79135
Avropa Oyunları ilə əlaqədar təlim proqramı və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bununla əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
 
Yaranmış sıxlığı nəzərə alaraq əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edir: “Bu gün saat 16:30-dan etibarən sınaq tədbirləri tam başa çatanadək paytaxtın Mikayıl Müşfiq dairəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Parlament prospekti ilə Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, İstiqlaliyyət, Nizami küçələri, “Azneft”x9d dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, “10-cu zavod”x9d dairəsi, Heydər Əliyev prospekti, metronun “Koroğlu”x9d stansiyası, Milli Olimpiya stadionu, Aeroport şosesi boyu nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Bununla əlaqədar “Cavanşir”x9d körpüsü, Azadlıq prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələrinə doğru nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir”x9d.
 
Yol polisi əhaliyə, paytaxtın mərkəzinə doğru və əks istiqamətdə hərəkət etmək istəyən sürücülərə alternativ yollar da təklif edib. Onlara paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal, Badamdar və “20 Yanvar”x9d dairəsi istiqamətində hərəkət etmələri tövsiyə olunur. “20-ci sahə”x9d dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi istiqamətinə hərəkət edə bilərlər. Eləcə də, onlara Mikayıl Müşfiq dairəsindən Mətbuat prospektindən keçməklə, Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmələri tövsiyə olunur. Zuğulba, Buzovna qəsəbələrindən paytaxtın mərkəzinə doğru hərəkət Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır.
 
Maştağa, Zabrat, Nardaran və həmin ərazilərdəki digər qəsəbələrdən metronun “Koroğlu”x9d stansiyasına doğru isə yalnız şəhər şosesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə, Bakıxanov qəsəbədaxili yollarla hərəkət etmələrini tövsiyə edilir. Heydər Əliyev Beynəlxalq Hava Limanı, Mərdəkan və Şüvəlan qəsəbələrindən isə Qala döngəsindən Türkan qəsəbəsi ilə Qala və Pirallahı beton yolu ilə şəhər istiqamətində hərəkət nəzərdə tutulur. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO