2016 Avropa Gənclər Paytaxtı çərçivəsində Gəncə şəhərində Beynəlxalq Layihə.18-24 may 2015-ci il tarixlərində“Gələcəyə Körpü”x9d Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə 2016 Avropa Gənclər Paytaxtıçərçivəsində Gəncə şəhərində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsini dəstəyilə “Potensialını kəşf et- Gənclərinsosial işlərdə aktivliyi”x9d adlı beynəlxalq layihə həyata keçirir.
Erasmus+ Proqramı ilə həyata keçirilən layihə gənclərin siyasi, sosial, mədəni və iqtisadi həyatda aktiv iştirakına müsbət təsir edəcək amillərin inkişafına töhvə vermək üçün hədəflənib.
Təlimin məqsədi yerli, milli və Avropa səviyyəsində gənc lider və təlimçilərin sayını artırmaq və onları yaşadıqları cəmiyyətin fəal üzvü olmasını təmin etmək, nəzəri bilik, bacarıq və dəyərlərin artırılması, yeni seminarlar, təlimlər və layihələrdə gənclərin rolunu artırmaq, daha geniş gənclər şəbəkəsi yaratmaq.
Beynəlxalq layihədə Latviya, Danimarka, Rumıniya, Polşa, İtaliya, Almaniya, Hollandiya, Ukrayna, Belarus, Gürcüstan və Azərbaycandan 30-a yaxın gənc iştirak edir.


































































































