“Ərzaq oğurluğunun artması sosial-iqtisadi gərginliyin göstəricisidir”x9d

“Ərzaq oğurluğunun artması sosial-iqtisadi gərginliyin göstəricisidir”x9d

Hazırda oxunan: “Ərzaq oğurluğunun artması sosial-iqtisadi gərginliyin göstəricisidir”x9d

76186

“Ərzaq oğurluğu cinayətlərinin artması ilə sosial-iqtisadi vəziyyətin ağırlaşması arasında  birbaşa əlaqə var”x9d.

Bunu Moderator.az-a açıqlamasında  “Turan”x9d Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. M.Əliyevin qənaətincə, baş verənlərin insnaların alıcılıq qabiliyyətinin tamamilə tükəndiriyini göstərir:

“Əgər ölkədə həqiqətən də ərzaq oğurluğu halları artıbsa, deməli ortada müəyyən problem var. Bu, onunla bağlıdır ki, insanların alıcılıq qabiliyyəti tamamilə ortadan qalxıb. Belə olan halda isə insanlar məcbur olur ki, oğurluq yolu ilə ərzağa olan tələbatlarını təmin etsinlər.

Azərbaycanda son vaxtlar küçə uşaqlarının sayında da artım müşahidə edilməkdədir. Biz bununla bağlı məsələ qaldırmışıq. Mən hətta prezidentə bununla bağlı məktub da yazdım. Bunların hamısı xalqın həyat şəraitinin, sosial durumunun göstəricisidir. Azərbaycanda 1994-cü ildən, atəşkəs sazişi imzalanandan sonra belə bu qədər küçə uşağı yox idi. Ancaq son vaxtlar onların sayı sürətlə artmağa başlayıb. Bu onu göstətir ki, ölkədə sosial-iqtisadi durum, vətəndaşların vəziyyəti gərginləşir. Bu, özünü aztəminatlı ailələrin həyatında daha aydın, daha ciddi hiss olunur”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO