Şahlar Əsgərovdan unikal bənzətmə...

Şahlar Əsgərovdan unikal bənzətmə...

Hazırda oxunan: Şahlar Əsgərovdan unikal bənzətmə...

73024
Ötən gün ANS-in "Xəbərçi" proqramında Təhsil Nazirliyinin bir rəsmisi TQDK-nın ibtidai sinif dərsliklərinin yararsız olması iddiasına cavabında dedi ki, Azərbaycanda dərslik yaza bilən mütəxəssis yoxdur. 
TQDK-nın iddiası və nazirlik rəsmisinin etirafı nə dərəcədə həqiqətə uyğundur?

Moderator.az suala cavab axtrışıyla tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərova müraciət edib və ondan çox ilginc cavab alıb:

"TQDK-nin ibtidai sinif dərsliklərinə nə dəxli var? Hərə öz işi ilə məşğul olsa yaxşıdır. 

DƏRSLİKLƏRİ KİM YAZMALIDIR? 
Azərbaycan dövlətinin 20 ildən 30 ildən sonra necə təsəvvür edirsiniz? Problemi sadələşdirim: istəyirsiniz ki, 20-30 ildən sonra Azərbaycan  ABŞ kimi, AB dövlətləri kimi, yoxsa Skandnaviya dövlətləri kimi dövlətə çevrilsin?  Seçiminizi edin. Əgər ABŞ  kimi dövlət qurmaq istəyirsinizsə dərsliklər bir cür, əgər Skandinaviya kimi dövlət istəyirsinizsə dərsliklər tamam başqa cür yazılmalıdır. Sizin son niyyətiniz məlum deyisə, dərslikləri kimin yazmasının əhəmiyyəti yoxdur.
Həm ülu öndər H.Əliyev, həm Azərbaycan prezidenti İlham Əliyev öz cıxışlarında ölkəmizin yerləşdiyi məkanın: Sərqlə Qərbin, Şimalla Cənubun, müsəlman dünyası ilə xristian dünyasının kəsişdiyi mürəkkəb məkan olduğunu dəfələrlə vurğulayıblar. Belə məkanda yerləşən dövlətdə siyasi sabitliyi qorumaq müstəsna şərtdir. Xəritəmizdəki kələ-kötürlüyə fikir verin, elə bil tut yarpağını qurd yeyib.  Bu prosessə son qoyulmayıb, davam edə bilər. Belə bir mürəkkəb şəraitdə yaşayan dövlətin dərslikləri mükəmməl olmalıdır ki, sağlam düşüncəli vətəndaşlar yetirə bilsin.
Bəs sağlam düşüncəli vətəndaşı necə yetişdirək?
Belə olan halda biz ABŞ kimi yox, Finlandiya, Danimarka kimi dövlət qurmağı məqsədəuyğun saymalıyıq. Bu ölkələrdə gəlirlərin bölünməsində başqa meyarlardan istifadə edilir. 
Deməli, əgər model olaraq, biz Skandinaviya ölkələri kimi dövlət qurmaq istəyiriksə, onda dərsliklər tamam başqa cür yazılmalıdır. Bu dərsiklərdə ümümi mənafe şəxsi mənafedən üstün tütülmalıdır. Tədris materiallarında  ictimai olan hə şeyə hörmət təbliğ olunmalıdır. Tədris materiallarında o əsərlər təbliğ olunmalıdır ki, orada millətin, cəmiyyətin, fərdin  gələcəyi təbliğ olunur. Əgər belə milli materiallar azlıq edərsə, bəşəri xəzinələrdən də istifadə etmək olar. Atalar sözü, aforizmalar bu niyyətlə seçilməlidir. 
Bizdə dərslik yaza bilən müəllif yoxdur fikri qüsurludur. Ü. Hacıbəyovu, Y. Məmmədəliyevi, S.Vurğunu və digər onlarla dahi şəxsiyyətləri yetişdirən xalq ibtidai məktəb üçün dərsik yaza bilmir fikri çox qüsurludur. Belə müəlliflər onlarladır. Sadəcə oyunun qaydalarını dəyişmək lazımdır və ya  qoşa müəllifdən, müəlliflər kollektivindən istifadə etmək olar."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO