
- A-
- A
- A+
Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT
Oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Ağamalıyeva Xəyalə Muradağa qızının meyitinin aşkar olunması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Siyəzən rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlər əsasında cinayətin üstü açılıb.
Həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə oradan qızıl, pul və digər qiymətli əşyalar götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, xüsusilə ağır cinayətlərin üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq kompleks tədbirlər davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































