Daşkəsəndə ailə münaqişəsi qanla nəticələnib.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.
Belə ki, evdə qayınata ilə kürəkən arasında yaranan mübahisə zamanı 1991-ci il təvəllüdlü Abil Verdiyev bıçaq xəsarəti alıb.
Aparılan ilkin araşdırma zamanı hadisəni onun qayınatası, 1975-ci il təvəllüdlü Əli Ələsgərovun törətdiyi müəyyən edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu


































































































