2026-cı ilin ikinci rübündə dünyada ən çox satılan smartfonların reytinqi açıqlanıb. Maraqlıdır ki, siyahının bütün 10 pilləsini yalnız "Apple" və "Samsung" modelləri tutub.
Bizim.Media xəbər verir ki, "Counterpoint Research"in aprel-iyun aylarını əhatə edən hesabatına görə, reytinqin lideri "iPhone 17" olub.
Bu model dünya üzrə satılan bütün smartfonların təxminən 6 faizini təşkil edib.
İkinci və üçüncü yerlərdə də "Apple" modelləri qərarlaşıb. "iPhone 17 Pro Max" ikinci, "iPhone 17 Pro" isə üçüncü olub.
Ən çox satılan 10 smartfon
1. iPhone 17
2. iPhone 17 Pro Max
3. iPhone 17 Pro
4. Samsung Galaxy S26 Ultra
5. Samsung Galaxy A07 4G
6. Samsung Galaxy A17 5G
7. iPhone 17e
8. Samsung Galaxy A17 4G
9. Samsung Galaxy S26 5G
10. iPhone 16
Analitiklər bildirirlər ki, "iPhone 17"nin yüksək satış göstəricilərinin əsas səbəblərindən biri standart və Pro versiyaları arasındakı texnoloji fərqin azalmasıdır.
Bununla yanaşı, "iPhone 17 Pro" və "iPhone 17 Pro "Max modellərinə tələbat da yüksək olaraq qalır. Köhnə cihazların dəyişdirilməsi proqramları, endirimlər və hissə-hissə ödəniş imkanları bu modellərin satışına müsbət təsir göstərir.
Samsung isə TOP-10-da beş modellə təmsil olunub. Şirkətin siyahıdakı modellərinin üçü daha münasib qiymət seqmentinə aid smartfonlardır.
Ümumilikdə, ən çox satılan 10 model dünya üzrə bütün smartfon satışlarının 25 faizindən çoxunu təmin edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz bəndi artıb.
Hesabata görə, "Apple"ın smartfon satışları bazarın ümumi geriləməsinə baxmayaraq, illik müqayisədə 5 faiz artıb.
"Apple" yeni "iPhone 18" seriyasının təqdimatını sentyabrın 9-na planlaşdırıb. "Samsung"un isə "Galaxy S27" flaqman seriyasını 2027-ci ilin əvvəlində təqdim edəcəyi gözlənilir. (Demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:33 / 29.08.2026
2026-cı ilin ən çox satılan smartfonları — TOP-10-u iki marka bölüşdürdü
Hazırda oxunan: 2026-cı ilin ən çox satılan smartfonları — TOP-10-u iki marka bölüşdürdü
Hazırda oxunan: 2026-cı ilin ən çox satılan smartfonları — TOP-10-u iki marka bölüşdürdü
633715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































