Çində Tesla HƏYƏCANI - Azərbaycanda vəziyyət necədir?- Şirkət rəhbərindən AÇIQLAMA - ÖZƏL

Çində Tesla HƏYƏCANI - Azərbaycanda vəziyyət necədir?- Şirkət rəhbərindən AÇIQLAMA - ÖZƏL

Hazırda oxunan: Çində Tesla HƏYƏCANI - Azərbaycanda vəziyyət necədir?- Şirkət rəhbərindən AÇIQLAMA - ÖZƏL

632949

Xəbər verdiyimiz kimi Çin 2,98 milyon ədəd Tesla avtomobil modellərini  geri çağırma qərarı verib. Səbəb, qapı tutacaqlarında problem yaranması və işlədilməsinin çətin olmasıdır.

Qeyd edək ki, Teslanın girintili qapı tutacağı avtomobilin gövdəsinə yapışımış, hamar şəkildə  dizayn olunub və sürücü yaxınlaşdıqda xaricə doğru qabarır.

Lakin, bu dizayn, elektrik nasazlığı səbəbindən qapıların açılmaması ilə müzakirələrə səbəb olmuşdu. Baş verən bir neçə qəza hadisəsindən sonra isə ümumiyyətlə 1 yanvar 2027-ci il tarixindən etibarən Çində satılan avtomobillərin həm daxili, həm də xarici qapılarında mexaniki açma mexanizmlərinin olmasını tələb olunacaq.

Nəzərə alsaq ki, Azərbaycan bazarında da Tesla avtomobillərinə böyük maraq var. Bu modellərinin sayı artdıqca, məsələ yerli istifadəçilər üçün də aktuallaşır.

Hazırda Azərbaycanda vəziyyət necədir?

Məsələ ilə əlaqədar Tesla MOTORS Azərbaycan şirkətinin müdiri Hüseyn İsmayılov Bizim.Media-ya bildirdi ki, Çinin geri çağırılma ilə bağlı qərarı təkcə bir ölkənin bazarı ilə məhdudlaşmır və təhlükəsizlik baxımından Tesla istifadəçilərinin diqqət etməli olduğu mövzulardan biridir.

“Hazırda Azərbaycanda Tesla-nın qapı tutacaqları ilə bağlı kütləvi şikayət qeydə alınmayıb, tək-tük ola bilər, vaxtaşırı təkcə Teslada deyil hər maşında, xüsusən də elektron sistemlərdə problem baş verir, bu normal haldır” - deyə o vurğuladı..  

H.İsmayılov diqqətə çatdırdı ki, bundan qabaqkı illərdə də Çin bəzi Tesla modellərini geri çağırmışdı. Çünki ilk partiyalarda Tesla modellərinin dəstəklərində kütləvi problemlər vardi:

“2014-2015-ci illərdə Tesla avtomobillərinin qapı dəstəklərində ciddi problem vardı. Zavod onları geri çağırıb zəmanətlə problemli hissələri dəyişdirdi, modifikasiya edilib, yeni dəstəklərlə təmin edildi. Əvvəllər buraxılan qapılarda xüsusi elektron düymələr olurdu, ona xüsusi kabel gedirdi. Avtomobili yuyanda və yaxud yağıntılı hava zamanı oradan su girib naqili çürüdürdü. Ustalar qapı tutacağını açıb, naqil qaynaq etməli olurdu. Sonradan şirkət problemi qaldırdı: düyməni ləğv edib vahid blok qoydular. Bu işləmdən sonra elektron dəstəklərə su girsə belə naqilə çatmadan kənardan axıb gedir, çünki germetikliyi çox güclüdür”.

Tesla MOTORS mütəxəssisi gizli qapı mexanizmi ilə bağlı narahatlığa da toxundu. Belə ki, gövdəyə bitişik tutacaqlarla bağlı narazılıq sürücünün içəridə olmadığı təqdirdə sərnişinin kənardan maşını aça bilməməsi ilə əlaqədar idi.

“Gizli qapı sistemləri təhlükəsizlik baxımından yaxşı düşünülüb. Displeydə sürücü elə tənzimləyir ki, kənardan kimsə, məsələn oğru və ya hansısa zor tətbiq edən şəxs qapını aça bilməsin. Xüsusi proqramı ona görə mövcuddur ki, qapını içəridən ancaq sürücü aça bilər. Amma həmin proqramı tətbiq etmədiyi halda, uzaqdan pultu işə salmaqla qapıların 4-ü də qabarıq şəkildə rahat çıxır. Bu, narahat olunası məsələ deyil”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO