Rauf Mirqədirovun həbs müddəti uzaldıldı

Rauf Mirqədirovun həbs müddəti uzaldıldı

Hazırda oxunan: Rauf Mirqədirovun həbs müddəti uzaldıldı

62405
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə APA-ya R. Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılmasına qərar verilib: 

“Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb. Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb. Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar”x9d.

Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.

R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO