Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə son oxunuşda QƏBUL EDİLDİ

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə son oxunuşda QƏBUL EDİLDİ

Hazırda oxunan: Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə son oxunuşda QƏBUL EDİLDİ

623748

Azərbaycanda ümumi təhsil sahəsində dövlət siyasəti millilik və dünyəvilik prinsipləri əsasında həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi hesab ediləcək.

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim ilə bağlı tələbələr müəyyən ediləcək. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Təklif edilən dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.

Valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində (qəyyumluğunda və himayəsində övladları ya olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO