Ən çətin xasiyyətli BÜRCLƏR

Ən çətin xasiyyətli BÜRCLƏR

Hazırda oxunan: Ən çətin xasiyyətli BÜRCLƏR

623676

Bəzi insanlar fikirlərini dəyişməkdə çətinlik çəkir və öz mövqelərindən geri addım atmırlar. Astrologiyada da bu xüsusiyyətləri ilə seçilən bürclər olduğu bildirilir. Astroloq Büşra Barışık Önder insanlarla ünsiyyətdə daha çətin hesab olunan bürclərin adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıda ilk yerdə Oğlaq bürcü qərarlaşıb.

Bildirilir ki, bu bürcün nümayəndələri qayda-qanuna bağlı olur və qəbul etdikləri qərarlardan asanlıqla geri çəkilmirlər. Güzəştə meylli olmamaları isə münasibətlərdə mütəmadi olaraq gərginlik yarada bilir.
 

Dolça bürcü də siyahıda yer alan bürclərdəndir. Astroloqun sözlərinə görə, Dolçalar fərqli düşüncə tərzinə malik olduqları üçün ətrafdakılarla eyni mövqedə dayanmaqda çətinlik çəkirlər. Müstəqilliyə üstünlük vermələri və fikirlərini israrla müdafiə etmələri onları bəzən anlaşılması çətin insanlara çevirir.


Üçüncü sırada Qız bürcü göstərilir. Qız bürcünün nümayəndələri detallara həddindən artıq diqqət yetirmələri və hər şeyin qüsursuz olmasını istəmələri ilə seçilirlər. Bu xüsusiyyət isə həm özlərini, həm də ətrafındakı insanları çətin vəziyyətdə qoya bilər. Davamlı irad bildirmələri münasibətlərdə narazılığa səbəb ola bilir.

Astrologiyada Oğlaq, Dolça və Qız bürclərinin ən prinsipial və fikrindən asanlıqla dönməyən bürclər arasında göstərildiyi qeyd olunur. Bu səbəbdən onlarla fikir ayrılığı yarandıqda qarşılıqlı anlaşma əldə etmək bəzən daha çox vaxt və səbir tələb edir. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO