İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Hazırda oxunan: İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

623027

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatlar elektron qaydada həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinin tapıb.

Layihəyə əsasən, icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
 

Həmçinin, layihəyə görə, qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə edilir. Yəni icbari tibbi sığorta fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu hesab ediləcək.


Bununla yanaşı, dəyişikliyə görə, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələri aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq və icbari tibbi sığorta şəhadətnaməsi elektron formada həmin informasiya sistemində yaradılacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO