Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər - FOTOLAR

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər - FOTOLAR

Hazırda oxunan: Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər - FOTOLAR

620324
Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Maştağa qəsəbəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun anım mərasimində iştirak edərək şəhidin əziz xatirəsini dərin ehtiramla yad ediblər.  
 
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən şəhid Rəşad Novruzovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib, Rəşadın timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.
 
Anım günü münasibətilə keçirilən tədbir daha sonra bədii hissə ilə davam edib.
 
Allah rəhmət eləsin!
 
Şəhidlər ölməz, Vətən bölünməz!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO