İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

Hazırda oxunan: İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO
618323
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllıda minik avtomobili yanaraq külə dönüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon sakini Süleymanov Səbuhiyə məxsus 31-BG-375 dövlət qeydiyyat nişanlı VAZ-21015 markalı minik avtomobili qəfil alışaraq yanmağa başlayıb.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon yanğından mühafizə hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb. Lakin yanğın zamanı avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
 

Bundan başqa, avtomobilin içərisində olan sənədlər, o cümlədən nəqliyyat vasitəsinə aid sənədlər və digər əşyalar da yanaraq külə dönüb.


Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO - foto 1
İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO - foto 2
İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO - foto 3

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO