Qərbi Antarktidadakı Tuveyts buzlağının şelf maneəsi bu il dağılaraq çökə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Antarktika Xidmətinin dəniz geofiziki Robert Larter məlumat verib.
Mütəxəssisin sözlərinə görə, buz itkisi davam edərsə, bu, dünya okeanında su səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb ola və bir sıra ölkələrə təsir göstərə bilər.
“Qiyamət buzlağı” kimi tanınan Tuveyts buzlağında dünya okeanının səviyyəsini təxminən 0,6 metr qaldırmağa kifayət edəcək həcmdə buz ehtiyatı mövcuddur. Alimlər bildirirlər ki, buzlağın sabitliyinin pozulması Qərbi Antarktidadakı digər buzlaq massivlərinə də təsir göstərə bilər.
Tədqiqatçıların qiymətləndirmələrinə görə, belə bir ssenari nəticəsində dünya okeanının səviyyəsi əlavə olaraq 3 metrdən çox yüksələ bilər. Ən ciddi nəticələrin sahilyanı ərazilərdə və dəniz səviyyəsindən aşağı yerləşən ada dövlətlərində müşahidə olunacağı proqnozlaşdırılır.
Məlumata görə, risk zonasına Birləşmiş Krallıq, Niderland, ABŞ, Banqladeş, Tuvalu və Maldiv Adaları daxildir. Dəniz səviyyəsinin yüksəlməsi daşqınlar, sahil eroziyası və bəzi ərazilərin su altında qalması riskini artıra bilər.
Xatırladaq ki, daha əvvəl “Nature” jurnalında dərc olunan araşdırmada Tuveyts buzlağının sürətlə əriməsinin okean sularının temperaturunun artması ilə əlaqəli olduğu qeyd edilmişdi.
Alimlər hesab edirlər ki, bu buzlağın və ona bitişik buzlaq sistemlərinin itirilməsi dünya okeanının səviyyəsinə ciddi təsir göstərə bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:55 / 04.06.2026
“Qiyamət buzlağı” təhlükəsi: bu 6 ölkə xəritədən silinəcək
Hazırda oxunan: “Qiyamət buzlağı” təhlükəsi: bu 6 ölkə xəritədən silinəcək
Hazırda oxunan: “Qiyamət buzlağı” təhlükəsi: bu 6 ölkə xəritədən silinəcək
617099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































