
- A-
- A
- A+
Cəmiyyət
15:44 / 03.06.2026
1 dəq oxunma
Kürdəmirdə tövlə və 1000 ot bağlaması yandı – FOTO-VİDEO
Hazırda oxunan: Kürdəmirdə tövlə və 1000 ot bağlaması yandı – FOTO-VİDEO
616980
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kürdəmirdə vətəndaşa məxsus tövlə və 1000 tay ot bağlaması yanaraq kül olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarasu kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 32 yaşlı Xəyal Seyidməmməd oğlu Quliyevə məxsus ümumi sahəsi 136 kvadratmetr olan tövlə içindəki ot bağlamaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün






























































































