Azərbaycanda daha bir tanınmış tiktoker saxlanıldı

Azərbaycanda daha bir tanınmış tiktoker saxlanıldı

Hazırda oxunan: Azərbaycanda daha bir tanınmış tiktoker saxlanıldı

616870
“TikTok” sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan və daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.
 
Moderator.az Azxeber.com-a istinadən xəbər verir ki, Gürcüstandan ölkəyə qayıdan tiktoker hava limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.
 
Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb.
 
Xatırladaq ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub.  
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO