İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO

Hazırda oxunan: İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO
616184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllıda güclü külək fəsadlara yol açıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonda axşamdan əsməyə başlayan güclü külək İsmayıllıda ağacları aşırıb, elektrik xətlərini qırıb.

Külək qısa müddət ərzində Heydər Əliyev və Həsənbəy Zərdabi küçələrində, eləcə də həmin ərazilərə bitişik sahələrdə irigövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb.
 

Nəticədə qeyd olunan ərazilərdə hərəkətə bir neçə saat müddətində məhdudiyyətlər yaranıb. Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 60-cı kilometrliyində də irigövdəli ağaclar yolun hərəkət hissəsinə aşıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb və nəqliyyat vasitələrinin hərəkəti nizamlanıb.


Gecə saatlarında qəfil başlayan güclü yağış və külək rayonun rabitə və enerji infrastrukturuna da ciddi ziyan vurub. Bir neçə saat ərzində rayon mərkəzində və bir sıra kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Təbiət hadisəsi bir sıra ticarət və iaşə obyektlərinə də ciddi təsir göstərib. Hazırda Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin İsmayıllı Elektrik Şəbəkəsinin, eləcə də İsmayıllı Kommunal Müəssisələri Kombinatının texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. Rayonun müxtəlif ərazilərində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO - foto 1
İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO - foto 2
İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO - foto 3
İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO - foto 4
İsmayıllıda güclü küləyin törətdiyi fəsadlar – FOTO - foto 5


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO