Mayın 25-dən etibarən fəaliyyəti bərpa edilən Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişinlər tərəfindən daşına biləcək yükün limiti açıqlanıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hər bir sərnişin beynəlxalq sərnişin qatarının yataq tipli vaqonunda əlavə ödəniş etmədən bir ədəd əl yükü daşıya bilər.
Əl yükünün çəkisi Komfort və Komfort+ sinifləri üzrə 23 kq-dan, “Lüks” sinfi üzrə isə 30 kq-dan artıq olmamalıdır.
Bundan əlavə, ümumi daşınan yükün S ölçü üçün 50×34×26 sm (ümumi ölçü cəmi 110 sm-ə qədər), M ölçü üçün isə 60×42×28 sm (ümumi ölçü cəmi 130 sm-ə qədər) olmasına icazə verilir.
Qeyd edək ki, ilkin qrafikə əsasən, müvafiq marşrut üzrə qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:55 / 21.05.2026
Bakı-Tbilisi qatarında nə qədər yük aparmaq olar? – Limit BƏLLİ OLDU
Hazırda oxunan: Bakı-Tbilisi qatarında nə qədər yük aparmaq olar? – Limit BƏLLİ OLDU
Hazırda oxunan: Bakı-Tbilisi qatarında nə qədər yük aparmaq olar? – Limit BƏLLİ OLDU
614611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































