Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Hazırda oxunan: Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO
602227
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayonunun Çubuqlu və Bədirqala kəndlərində RİH başçısının növbəti səyyar qəbulları keçirilib. 

Bizim.Media xəbər verir ki, Qusar rayonunda vətəndaşların müraciətlərinin dinlənilməsi, problemlərinin həlli məqsədilə rayon icra hakimiyyəti başçısının yerlərdə sakinlərlə görüşləri mütəmadi xarakter daşıyır. 
 

Martın 17-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, RİH Başçısı Aparatının məsul şəxslərinin, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlərin iştirakı ilə rayonun Çubuqlu və Bədirqala kəndlərində vətəndaşların səyyar qəbulları keçirilib. 


Səyyar qəbul zamanı Çubuqlu kəndinin sakinləri kəndin qazlaşdırılmaması və yanacaq odunla təminatları ilə bağlı rastlaşdıqları çətinlikləri dilə gətiriblər. Həmçinin məktəb yolunun təmiri, əsas yolda yol nişanları və radarların quraşdırılması kimi məsələlər sakinlərin müraciətləri sırasında yer almışdır. Sakinlər həmçinin uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq yerin ayrılmasını xahiş ediblər. 

Rayonun Bədirqala kəndində baş tutan səyyar qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bədirqala kənd sakinləri məktəbə gedən əsas yolun asfaltlanması, yaşayış məhəlləsinə ana qaz xəttinin çəkilməsi, yol kənarlarında dayanacaqların quraşdırılması, torpaq sahəsi ilə təminat məsələləri ilə bağlı müraciətlərini səsləndiriblər.  


Rayon rəhbəri qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən sakinlər onlara göstərilən diqqət və qayğıya, rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələrinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 1
Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 2
Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 3
Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 4
Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 5
Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 6
Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 7
Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO - foto 8

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO