İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi – VİDEO

İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi – VİDEO

Hazırda oxunan: İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi – VİDEO
601242
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yevlaxda bir ailənin 2-ci uşağı da eyni arxa düşərək dünyasını dəyişib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb.

Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhərin Üzeyir Hacıbəyli küçəsində yaşayan sakinlər bildiriblər ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. Bir neçə il öncə həmin ailənin azyaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib. Küçənin kanalizasiya sularının axıdıldığı arx artıq sakinlərin kabusuna çevrilib.

Məlumata görə, 8 uşaqlı ailənin başçısı Məhəmməd Bəkirov 8 ay öncə xəstəlikdən dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO