Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

Hazırda oxunan: Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA
601166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şərqdə davam edən gərginlik səbəbindən Həcc ziyarətinin təxirə salıb-salınmayacağı hələ də gündəmdədir. Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) rəsmən bildirildi ki, baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir. Hətta Həcc ziyarətinə ilk uçuş tarixi də məlum olub: ilk uçuş 17 may tarixində baş tutacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.
 

Amma günlərdir bölgədə səngiməyən gərginlik, hava yollarının bağlanması səbəbindən bu ziyarəti gözləyən imanlı vətəndaşları narahat edir:  bu il ziyarətin baş tutmayacağından ehtiyat edirlər. Xüsusilə sosial şəbəkələrdə vətəndaşlar belə davam edərsə ziyarətin təxirə salınacağını deyirlər.


Məsələ ilə bağlı təkrar Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, Həcc ziyarətinin tarixi sabitdir, dəyişmir:

“Bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı qərar verir. Biz şərh edə bilmərik. Hələ ki qərar qüvvədədir”

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO