ETX “Narketing163”ün kiberhücumunun QARŞISINI ALDI

ETX “Narketing163”ün kiberhücumunun QARŞISINI ALDI

Hazırda oxunan: ETX “Narketing163”ün kiberhücumunun QARŞISINI ALDI
598672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elektron Təhlükəsizlik Xidməti (ETX) “Narketing163” adlı qruplaşmanın ölkəmizə qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısını alıb.

Bizim.Media xəbər verir ki, ETX-nin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumların daha əvvəl də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.

Hücum çərçivəsində bir sıra dövlət və özəl qurumlara göndərilən e-poçt məktublarında tanınmış şirkət və təşkilatların adı, loqosu və rəsmi yazışma üslubu təqlid olunub.

Məqsəd istifadəçilərdə etimad formalaşdırmaq və əlavə edilmiş zərərli faylın açılmasına nail olmaqdan ibarətdir.
 

Kiberhücum ssenarisində diqqətçəkən əsas məqamlardan biri zərərli kodun bir hissəsinin .az domen zonasında yerləşdirilmiş resurs üzərindən yayılmasıdır. Bu üsul sosial mühəndisliyin klassik formalarından biri olmaqla texniki boşluqlardan daha çox, psixoloji manipulyasiya vasitəsilə istifadəçilərin zərərli fəaliyyəti icra etməsinə yönəlib.


Xidmətin araşdırması nəticəsində .az domen zonasında yerləşdirilmiş müvafiq resurs müəyyən edilərək operativ tədbirlər görülüb və zərərli faylın ölkə üzrə yayılmasının qarşısı alınıb. İnsidentlə əlaqədar məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi “İnsident Məlumatlarının Mübadiləsi Platforması”nda (//misp.cert.az) paylaşılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO