Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO

Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO

Hazırda oxunan: Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO
579722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, noyabrın 9-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya  bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
 

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.


Andiçmə mərasiminin 9 Noyabr - Dövlət Bayrağı Gününə təsadüf etməsinin şəxsi heyət üçün xüsusilə dəyərli və yaddaqalan olması, bu günün şəxsi heyət üçün ikiqat bayram olması vurğulanıb.

Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra hərbi qulluqçular təntənəli marşlarla tribunaların önündən keçiblər.

Sonda şəxsi heyət üçün andiçmə mərasimi və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar konsert proqramları təşkil edilib.

Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 1
Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 2
Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 3
Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 4
Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 5
Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 6
Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 7
Gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər - FOTO - foto 8


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO