Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın müraciət edib

Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın müraciət edib

Hazırda oxunan: Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın müraciət edib

577404
Azərbaycanın işğaldan azad edilən ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-si qadındır.
 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
 
O qeyd edib ki, ümumilikdə ölkədə 1 milyon 168 min sahibkar var və bunun 250 mindən çoxu məhz qadındır.
 
Komitə sədri vurğulayıb ki, səhiyyə və təhsil sahəsində kişi və qadın əməyi yaxındır: “Ancaq bəzi sahələrdə fərqlər var, və fərqlərin aradan qaldırılması, qadın sahibkarlığın inkişafı istiqamətində iş aparılır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO