Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün Azərbaycanın gələcəyinə vurduğu ZƏRBƏ

Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün Azərbaycanın gələcəyinə vurduğu ZƏRBƏ

Hazırda oxunan: Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün Azərbaycanın gələcəyinə vurduğu ZƏRBƏ
575350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

 Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı


O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Bizim.Media xəbər verir ki, “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli “facebook” hesabında Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün Azərbaycanda gənc kadrları necə hədəf aldıqlarını yazıb.

“Ramiz Mehdiyev – Əli Həsənov tandemi illərlə Kremldən gələn tapşırıqlarla milli düşüncəli, gənc və istedadlı kadrlara böhtan atmaqla, onları sıradan çıxardı.

Ramiz Mehdiyev – Əli Həsənov cütlüyünün ailə media resursları da uzun illər bu xəyanətin içərisində yer aldı.

Bu cütlüyün xain fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən təhsil almaq üçün xaricə göndərilmiş böyük bir gənc nəsli ictimai fəaliyyətdən küsdürdü, dövlət strukturlarından uzaqlaşdırdı, bununla da Azərbaycanın gələcəyinə ciddi zərbə vuruldu.


Bu, sadəcə siyasi xəta deyildi, milli yaddaşımıza vurulan yara, dövlətə və cənab Prezidentin yürütdüyü siyasətə xəyanət idi”, - deyə Vasif Həsənli qeyd edib.

Xatırladaq ki, Səbail rayon məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün Azərbaycanın gələcəyinə vurduğu ZƏRBƏ - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO