Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəldi - VİDEO

Hazırda oxunan: Bolqarıstanın Hərbi Akademiyasının rəisi Azərbaycana gəldi - VİDEO

55905

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu vurğulayan general-leytenant Heydər Piriyev ölkəmizdə müasir ordu quruculuğu və hərbi qulluqçuların peşakarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işlər barədə danışıb. 

Qeyd olunub ki, ölkəmizdə hərbi təhsil sistemi müasir dünya praktikası və Vətən müharibəsində qazanılan təcrübələr də nəzərə alınmaqla həyata keçirilir.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor Q.Angelov qeyd edib ki, peşəkar zabit kadrlarının hazırlanması Bolqarıstan Silahlı Qüvvələrində də prioritet sahələrdəndir.
Görüşdə tərəflər təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Daha sonra hər iki ölkənin hərbi təhsil sistemləri, eləcə də Hərbi Akademiyanın tarixi və fəaliyyəti barədə brifinqlər təqdim edilib. Bolqarıstanın nümayəndə heyəti burada keçirilən dərs prosesinin gedişatı ilə tanış olub.

Sonda qonaqların Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO