AMEA-da SSRİ nostaljisi...- FOTO

AMEA-da SSRİ nostaljisi...- FOTO

Hazırda oxunan: AMEA-da SSRİ nostaljisi...- FOTO

52617

 Moderator.az-a aşağıdakı məzmunda bir yazı göndərilib və sayta yerləışdirilməsi xahiş edilir:

"Paytaxt Bakıda çox da uzun olmayan, lakin  keşməkeşli  tarixə malik bir küçə var. Inqilabdan əvvəl adına “Qolovinski küçəsi” deyərmişlər. Sovetlər zamanında    “Kommunist küçəsi” kimi  tanınırdı. Milli müstəqilliyimizi  bərpa etdikdən sonra isə  adı “İstiqlaliyyət küçəsi” oldu. Həmin bu küçədə xeyli sayda məşhur tarixi bina və tikili var . Onlardan biri də ötən əsrin əvvəllərində Qotik üslubda tikilmiş və paytaxt Bakının “Memarlıq tacı” hesab edilən əzəmətli  İsmailiyyə binasıdır.  Milyonçu Musa Nağıyev bir vaxt oğlu İsmayılın xatirəsini əbədiləşdirmək məqsədilə tikdiribmiş. 1918-ci ildə ermənliər bu möhtəşəm məbədi yandırıb dağıtsalar da, sonralar bina bərpa olunmuş öz əvvəlki görkəminə qaytarılmışdır.

     1945- ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təsis edildikdən sonra İsmailiyyədə  Elmlər Akademiyasının  Rəyasət Heyəti  yerləşdirilir.Bu həmin dövr idi ki rusların kiril əlifbası Azərbaycanın “milli əlifbası” kimi işlənirdi. Elə həmin dövrdə  binanın fasadının  lap yuxarı hissəsinə bolşeviklərin çox sevdiyi tünd qırmızı fonda qızılı hərflərlə “Aзярбаичан ССР Элмляр Академиясы” sözləri həkk edilir. Məlum bir həqiqətdir ki, 1940-cı ildə qəbul olunmuş “milli əlifbamızda” kirilin   Ð™”” Э “”Ð¯” “Ю” hərfləri də olduğu kimi saxlanılmışdı. Elə bu səbəbdən də binanın yuxarı hissəsinə  həkk olunan şüarda da  həmin hərflər işlənib. Lakin, bir qədər sonra, ”“ 1959-cu ildə  “əlifbamızdakı”- “Й”” Э “”Ð¯” “Ю” hərflərinin qrafik yazılışı dəyişdirilsə də  binanın üzərində həkk olunan yazıya əl dəyilməmişdir. Müstəqillik dövründə -2001-ci ildə milli əlifbamızın  yenidən latın qrafikalı əlifbaya keçməsinə baxmayaraq İsmailiyyə binasının fasadındakı “Aзярбаичан ССР Элмляр Академиясы” sözləri yenə də olduğu kimi qalmışdır.
   Milli Elmlər Akadimiyası Rəyasət heyəti kimi nüfuzlu bir qurumun  yerləşdiyi binanın üzərindəki kirill qrafikalı yazının yeni əlifba əsaında dəyişdirilməməsi bəlkə də elə bir böyük qəbahət sayılmaya bilərdi. Lakin ortada böyük bir siyasi səhfi  görməmək əsla mümkün deyil. Axı bu gün adi məktəbliyə də məlumdur ki,  “
Aзярбайчан ССР”¦” adlı bir quruluşu  xalq 23 il bundan əvvəl “dəfn “edərək “fatihəsini” oxuyub. Belə olan surətdə nüfuzlu dövlət qurumlarının və oraqnlarının yerləşdiyi bir küçədə, məşhur bir binanın fasadında  devrilmiş bir quruluşun adının saxlanmasına nə demək olar?!

P.S. Mərhum prezident Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən məmləkətimizdə hər il avqustun 1-də“Azərbaycan əlifbası və Azərbaycan dili günü” qeyd edilir.Fərmanın imzalandığı vaxtdan ötən 13 il ərzində generallarının və alimlərinin sayı-hesabı bilinməyən bu məmləkətdə bircə nəfər başını qaldırıb gözdağına çevrilən “Aзярбаичан ССР Элмляр Академиясы” yazısını görməyibmi?!

                                                           Cəlal Yaquboğlu


Fotolar müəllifindir.

 

AMEA-da SSRİ nostaljisi...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/1905.jpg">AMEA-da SSRİ nostaljisi...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/1906.jpg">AMEA-da SSRİ nostaljisi...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/1907.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO