Yerli əhali isə ermənilərin kəndə heç bir hücum həyata keçirmədiyini bildirmişdi. Bu mənada ANS PRESS Aynur Sərkərovanın kim olduğu və niyə dezinformasiya yayması ilə maraqlanıb.
Moderator.az xəbər verir ki,Culfa rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, Culfa rayonunun sərhəddə yerləşən Ləkətağ kəndində ümumiyyətlə Aynur Sərkərova adlı sakin yaşamır. Kənddə belə bir adda adam yoxdur: "Aynur Sərkərovun kim olması ilə bağlı müvafiq yeri orqanlarla əlaqə saxladıq, araşdırdıq. Ləkətağ kəndində belə bir adam yaşamır".
Xatırladaq ki, Azərbaycanın və Rusiyanın bəzi KİV-ləri Naxçıvanda Azərbaycan hərbçiləri ilə ermənilər arasında gedən döyüşlər barədə yayılan xəbərləri Ləkətağ kənd sakini Aynur Sərkərova adlı şəxsə istinadən xəbər vermişdi. Müdafiə Nazirliyi isə açıqlamasında bildirmişdi ki, Naxçıvanla bağlı yayılan məlumatların ölkədə sabitliyin pozulmasına hesablanıb.







































































































