Azərbaycanda məktəbli koronavirusdan ÖLDÜ

Hazırda oxunan: Azərbaycanda məktəbli koronavirusdan ÖLDÜ

41386

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib. 

Bizim.Media xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib. 

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub. 

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub. 

Məktəbdən APA-ya verilən açıqlamada K. Əsgərovun dünyasını dəyişdiyi xəbəri təsdiqlənib. 

Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO