Dövlət Statistika Komitəsinin “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim etdiyi xidmətlərin siyahısında “Protokol nömrəsinə görə məlumatların (Protokol və Akt) əldə edilməsi və cərimənin ödənilməsi” adlı xidməti var. Bu xidmət “Protokol nömrəsinə görə məlumatların (Protokol və Akt) əldə edilməsi və cərimənin ödənilməsi” adlanır. Lazımi informasiyanı əldə etmək və cəriməni ödəmək üçün vətəndaşlardan Komitə tərəfindən təqdim olunan ərizə formasını doldurmaq tələb olunur. Ərizənin ümumi detallarına protokolun nömrəsi, vətəndaşın adı və soyadı, iş yeri, vəzifəsi, ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı, poçt indeksinin yazılması daxildir. Burada həmçinin ödənişin növü və məbləğın göstərilməsi də tələb olunur. Ödənişin növü VISA Electron, VISA, MasterCard və Maestro plastik kartları ilə həyata keçirilir.

- A-
- A
- A+
Cəmiyyət
13:57 / 17.01.2014
Dövlət Statistika Komitəsi yeni xidmət təklif edir
Hazırda oxunan: Dövlət Statistika Komitəsi yeni xidmət təklif edir
Hazırda oxunan: Dövlət Statistika Komitəsi yeni xidmət təklif edir
40049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































