Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 12-də hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub
küləyi əsəcək.
Havanın
temperaturunun gecə 13-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 12-də hava şəraitinin
əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Şərq küləyi əsəcək.
Havanın
temperaturu gecə 8-13, gündüz 21-26, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Aqrometeoroloji şərh
Oktyabrın
11-dən 13-dək respublikanın rayonlarında nisbətən mülayim-isti sabit və əsasən
yağmursuz hava şəraiti gözlənilir. Kənd təsərrüfatı bitkiləri, o cümlədən pambığın yetişməsi üçün istilik kifayət qədər
olacaq,. Mərkəzi-Aran rayonlarında havanın temperaturu 21-26 dərəcə isti təşkil
edəcək. Buna baxmayaraq, pambığın yetişmə sürətinin adi vaxtlardan geri
qalacağı davam edəcək. Hava şəraiti ümumən pambığın yığımı və qurudulması, üzüm
və meyvə bağlarında məhsulun yığımı, həmçinin qışlaqlarda ot örtüyünün boy
atması və payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.


































































































