Moderator.az "Media forum"-a istinadən xəbər verir ki, 2010-cu ilin yazında çay daşqınlarının təsirinə məruz qalmış bir qrup İmişli sakini fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib. “Kür” qərargahının məlumatına görə, müraciətdə deyilir: “Bizim ev və təsərrüfatlarımız 2010-cu ilin yaz daşqınları zamanı ciddi təsirə məruz qalıb. Ötən müddət ərzində daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində büdcədən xeyli vəsait ayrılsa da, dövlət qayğısından kənarda qaldıq. 3 ilə yaxındır məhkəmə yollarındayıq.
Ümidimizi itirməmişik. İnanırıq ki, haqq-ədalət öz yerini tapacaq, dövlət büdcəsindən ayrılan vəsaitlə bizim də evlərimiz tikiləcək, təmir olunacaq. Evlərimizin hazırkı durumunu gözlərinizlə görməniz üçün sizi İmişliyə dəvət edirik. Gəlin evimizə baxın və özünüz qiymət verin”.










































































































