Qırmızı Bazar qəsəbəsində məskunlaşanların SAYI AÇIQLANDI - FOTO

Qırmızı Bazar qəsəbəsində məskunlaşanların SAYI AÇIQLANDI - FOTO

Hazırda oxunan: Qırmızı Bazar qəsəbəsində məskunlaşanların SAYI AÇIQLANDI - FOTO
270513
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Füzuli və Xocavənd rayonları ərazisinə təşkil olunmuş “Prezidentin izi ilə” ənənəvi media tur başa çatıb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, media nümayəndələri son olaraq Qırmızı Bazar qəsəbəsində olublar.
 

Jurnalistlərə məlumat verilib ki, Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.


Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib.

Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərə müsahibəsində bildirib ki, qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq” 

Qeyd edək ki, hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Qırmızı Bazar qəsəbəsində məskunlaşanların SAYI AÇIQLANDI - FOTO - foto 1

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO