“Qələbə Günü” Sumqayıtda...  -FOTOLAR

“Qələbə Günü” Sumqayıtda... -FOTOLAR

Hazırda oxunan: “Qələbə Günü” Sumqayıtda... -FOTOLAR
270215
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Sumqayıt şəhərində 9 May – Qələbə Günü münasibətilə ümumşəhər tədbiri təşkil edilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının nümayəndələri, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrindən söz açıb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları, “Şahin” hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin şagirdləri hərbi orkestrin müşayiəti ilə yürüş ediblər.

Yürüşxa0 Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.




.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO