Şəmkirdə DƏHŞƏT: Bakıdan qonaq gələn kürəkənini öldürdü

Şəmkirdə DƏHŞƏT: Bakıdan qonaq gələn kürəkənini öldürdü

Hazırda oxunan: Şəmkirdə DƏHŞƏT: Bakıdan qonaq gələn kürəkənini öldürdü
268973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkirdə qohumlar arasında mübahisə sonda ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində baş verib.

1968-ci il təvəllüdlü Sənan Əsgərov Bakıdan qonaq gələn kürəkəni 1993-cü il təvəllüdlü Tural Abdullayevlə mübahisə edib.

Nəticədə tərəflər arasında əlbəyaxa dava düşüb.

Bu zaman S.Əsgərov kürəkəninə bir neçə bıçaq zərbəsi vurub. Həmçinin T. Abdullayev də qaynatasına bıçaqla xəsarət yetirib. Nəticədə kürəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO