
- A-
- A
- A+
Cəmiyyət
13:14 / 22.04.2019
2 dəq oxunma
Vəkillər Kollegiyası Elinanın anasına vəkil tutdu – RƏSMİ
Hazırda oxunan: Vəkillər Kollegiyası Elinanın anasına vəkil tutdu –
RƏSMİ
267859
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
162 saylı məktəbin intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynova Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən A.Bağırov qeyd edib ki, mətbuatda gedən məqalələri oxuduqdan sonar dərhal Sevil Hüseynova ilə əlaqə saxlayıb:
“Xanımı Vəkillər Kollegiyasına dəvət etdim. Hazırda bir neçə savadlı, peşəkar və təşəbbüskar vəkilimiz: Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev və digərləri bu iş üzrə pulsuz hüquqi yardım göstərməyə hər an hazırdılar”.
Kollegiya sədri qeyd edib ki, vəkillər bu cür işlərdə öz vəkil andlarına sadiq qalaraq, vəkilliyin nüfuzunu yüksək tutaraq hüquqi yardım göstəriblər və göstərəcəklər də.
Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































