“İnternet üzərindən alınan dərmanların yetmiş faizi saxtadır...” - Ekspert...

“İnternet üzərindən alınan dərmanların yetmiş faizi saxtadır...” - Ekspert...

Hazırda oxunan: “İnternet üzərindən alınan dərmanların yetmiş faizi saxtadır...” - Ekspert...

261644
“Çox təəssüflər ki, tibb icması bu məsələlərə heç bir əhəmiyyət vermir və ona görə də birimiz hamımız, hamımız birimiz üçün sistemi ilə işləyərək istehlakçıları aldadırlar”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov internet üzərindən satılan dərmanlar haqda danışarkən deyib. E.Hüseynovun sözlərinə görə kişilər üçün cinsi istəyi artıran dərmanlardan da kifayət qədər şikayət var:xa0

“Fikir versək görərik ki, xüsusən Türkiyədə qida əlavələrinin və dərmanlarının reklamı gedir. Orda qiymət 39,9 qoyulur və bu isə o deməkdir ki, bundan yuxarı qiyməti qaldırmaq məcəllədə cinayət məsuliyyəti yaradır. Ümumiyyələ, internet üzərindən alınan dərmanların və qida əlavələrinin yetmiş faizi saxtadır. Bunu Beynəlxalq İstehlakçı Təşkilatlara istinadən edərək deyirəm. Çox təəssüflər olsun ki, tibb icması bu məsələlərə heç bir əhəmiyyət vermir və ona görə də birimiz hamımız, hamımız birimiz üçün sistemi ilə işləyərək istehlakçıları aldadırlar. Azad İstehlakçılar Birliyinə gələn müraciətlərin içində dərman sahəsindən də xeyli şikayətlər var. Hətta bəzən görürsən ki, bir tibb işçisi yazır ki, guya o, müalicəsi mümkün olmayan xəstələri müalicə edir və deyir ki, şəklinizi yollasanız sizə diaqnoz qoya bilərəm. Tibb icması gedib onu tapıb soruşmur ki, niyə belə edib insanları aldadırsan? Bəzən də kişilər üçün cinsi istəyi artıran dərmanlardan şikayət var. Bu saat stolumun üstündə “Herakl”, “Atom”, “Afrika şiri” və s. bu kimi dərmanlar var ki, bunların kişilər üçün heç bir təsiri yoxdur”.xa0xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO