Prezident olsam, Saakaşvilini geri qaytaracam -  Qriçenko

Prezident olsam, Saakaşvilini geri qaytaracam - Qriçenko

Hazırda oxunan: Prezident olsam, Saakaşvilini geri qaytaracam - Qriçenko

261251
Əgər prezident olsam, Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edəcəyəm.

Bunu “Novoye vremya” portalına müsahibəsində Ukrayna prezidentliyinə namizəd Anatoli Qriçenko deyib.

“Əgər Saakaşvili Ukraynaya geri qayıtmaq istəsə, mən onun Ukrayna vətəndaşlığını bərpa edəcəyəm. Hesab edirəm ki, onunla çox kobud, qanunsuz davranılıb. Yenə qeyd edirəm ki, hər şey Saakaşvilinin istəyindən asılı olacaq” – deyə o bildirib.

Qeyd edək ki, Saakaşvilinin Ukrayna Prezidenti Pyotr Poroşenko ilə münasibətləri gərginləşdikdən sonra ukraynalı lider onu 2017-ci ildə vətəndaşlıqdan məhrum edib.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO