Quba rayonundakı 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Mirzəyeva üçəm körpə dünyaya gətirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənxa0 Moderator.az-a verilən məlumata görə, körpələr bu gün səhər saatlarındaxa0Qusarxa0rayonunun mərkəzi xəstəxanasında dünyaya gəliblər və onların üçü də oğlandır.xa0
Uşaqların çəkisi 2,8, 2,7 və 1,8 kiloqramdır. Ananın müalicə həkiminin sözlərinə görə, İlahə Mirzəyeva ikinci dəfədir ki, övlad dünyaya gətirir. O, birinci övladını evliliyindən 7 il sonra dünyaya gətirib. 2,5 il fasilədən sonra bir qız anası olan İ.Mirzəyeva yenidən həkimə müraciət edib və müalicələrdən sonra arzusuna çatıb.xa0

Körpələrin və ananın vəziyyəti normaldır.xa0Qusarxa0rayon doğum şöbəsinin müdiri Anjela Əlifxanova üçəmlərin vaxtında dünyaya gəldiyini və körpələrin səhhətində problem olmadığını bildirib.xa0
Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, doğum evində sonuncu dəfə üçəm 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib.xa0