“UNEC Extern”də 800-dən çox sahibkara “online” təlim verildi   -FOTOLAR

“UNEC Extern”də 800-dən çox sahibkara “online” təlim verildi -FOTOLAR

Hazırda oxunan: “UNEC Extern”də 800-dən çox sahibkara “online” təlim verildi -FOTOLAR

256969

Bu gün “UNEC Extern” Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün vergi qanunvericiliyinə tətbiq edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatcılığı Vergilər Nazirliyinin və UNEC-in dəstəyi ilə 800-ə yaxın sahibkar üçün seminar keçirilib.

xa0

Moderator.azxa0xəbər verir ki, ölkənin 8 rayonunda fəaliyyət göstərən sahibkarların iştirak etdiyi seminar ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş “UNEC Extern” Mərkəzində canlı bağlantı rejimində keçirilmişdir. Sahikarlardan canlı bağlantı zamanı daxil olan suallar cavablandırılmışdır. Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə və Yevlaxdan sahibkarlar təlimə qoşulmuşlar.

xa0

Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında layihələndirilmiş “UNEC Extern” Mərkəzinin üstünlükləri sırasına “online” dərsə istənilən yerdən qoşulmaq, müəllimə “online” sual vermək, “online” müzakirələrdə iştirak etmək, mühazirələrin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq və gün ərzində 9-12 min tələbəyə təhsil vermək imkanları daxildir.xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO