Niderlandda çıxan “Wereldregio” qəzetixa0 bu ölkədə fəaliyyət göstərən “Konnekt” təşkilatından yazıb.xa0
Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
Məqalədə “Konnekt” təşkilatının sədri Vüqar Abbasovun ölkəmizlə bağlı fikirləri verilib.xa0 “Konnekt”in fəaliyyətindən, onun Azərbaycanla Niderland arasında əlaqələrin inkişafına öz töhvəsini vermək istəyindən söhbət açılıb.xa0xa0
Daha sonra “Konnekt”in bu məqsədlə keçirtdiyi geniş tədbirdən, digər addımlarından söhbət açılaraq qeyd edilib ki, iki ölkə arasında çox işlər görmək mümkündür. “Konnekt”in Niderlandı Azərbaycanda və həmçinin də əksinəxa0 tanıtmağa çalışdığını vəxa0 bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyi də yazıda xüsusi qeydxa0 olunub.xa0 “Təşkilat eyni zamanda bələdiyyə ərazisində yaşayan digər yeni gəlmələrlə müxtəlif tədbirlər keçirtməyə və onların Niderlandaxa0 uyğunlaşmasına yardımçı olmaqda maraqlıdır”,-deyə yazıda öz əksini tapıb.
Yazıda həmçinin Azərbaycanla Niderlandlı iş adamları arasındakı əlaqəyə toxunularaq qeyd edilib ki, bu əlaqələrin inkişafı üçün hər cür qarşılıqlı imkanlar var və Niderlandlı iş adamlarını Azərbaycanla və əksinə, Azərbaycanlı iş adamlarının Niderlandla əlaqələrinin daha da sıxlaşmasının vacibliyindənxa0 söhbət açılıb, bunun üçün çağrış edilib. Həmçinin qeyd olunub ki, “Konnekt” bu sahədəxa0 hər iki tərəfin iş adamlarına öz yardımını təklif edir.xa0 “Bir çox iş adamları arasında əlaqə yaradılıb və bundan sonra da bu fəaliyyət davam edəcək”,-deyə yazıda qeyd olunub.






































































































