Bakı Metropopliteni iki qızın qatarda səbəb olduğu insidentə aydınlıq gətirdi -  VİDEO

Bakı Metropopliteni iki qızın qatarda səbəb olduğu insidentə aydınlıq gətirdi - VİDEO

Hazırda oxunan: Bakı Metropopliteni iki qızın qatarda səbəb olduğu insidentə aydınlıq gətirdi - VİDEO

249350
Sosial şəbəkədə və saytlarda Bakı metrosunda iki gənc qızla bir oğlan arasında baş verən mübahisənin görüntüləri yayılıb. Bildirilir ki, hadisə metronun “28 May” metrostansiyasına çatarkən baş verib və məsələyə hətta metro işçiləri və polis də qarışıb.xa0

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. B.Məmmədov saytımıza açıqlamasında hadisəylə bağlı araşdırma aparıldığı bildirib:

“Qatardakı insidentlə bağlı araşdırma aparılır və hadisənin nə vaxt baş verdiyi hələ ki, məlum deyil. İnformasiyanı yayarkən bildirilir ki, guya məsələyə polis də müdaxilə edib, amma nə polisdə, nə də metropolitendə belə bir müraciət və qeydiyyat yoxdur. Hadisənin nə vaxt və necə baş verməsi bilinmir, ola bilər ki, köhnə informasiyadır. Lakin KİV-də video görüntü olduğu üçün hal-hazırda metropoliten üzrə polis şöbəsi bununla bağlı araşdırma aparır. Hadisəylə bağlı araşdırmalardan sonra əlavə məlumat verəcəyik”.

Vasif Əlihüseyn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO