Amerika xa0tarakanları özlərini digər həşəratlardan qorumaq üçün Şərq döyüş növü xa0texnikalarını tətbiq edirlər.xa0
Moderator.az-ın Rusiya mediasına istinadla yaydığı xəbərdə deyilir ki, xa0bu gözlənilməz açıqlamanı Vanderbilt Universitetinin tədqiqatçıları veriblər. xa0Tarakanlar “Ampulex compressa” adlı “zümrüd tarakan arı”larından müdafiə olunan zaman karate fəndləri işlədir. xa0Mütəxəssislərin sözlərinə görə, adətən gördüyümüz zaman iyrəndiyimiz bu yöndəmsiz həşəratlar sözügedən yırtıcı həşəratların onların belinə çıxmasının qarşısını almaq üçün xa0karate yolu ilə özlərini müdafiə etmək məcburiyyətində qalır. Onlar xa0arxa ayaqları ilə xa0yaxınlaşan düşmənə dəqiq zərbələr endirirlər. xa0Və s.
Tədqiqatçılar “zümrüd arı”ların boz tarakanlar üçün təhlükəsinin nədən ibarət olduğunu da açıqlayıb. xa0Onların sancması xa0tarakanlara keyləşdirici, “zombiləşdrici” təsir göstərir. Bundan sonra “zümrüd arı”lar xa0öz sürfələrini tarakanların bədənlərinə yerləşdirir. xa0Daha sonra isə sürfədən çıxan parazit həşəratların balaları öz “zombi” sahiblərini yeməyə başlayır və artıq boz tarakanlar buna heç bir müqavimət göstərə bilmir.xa0
Sultan Laçın



























































































