Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu  -FOTOLAR

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu -FOTOLAR

Hazırda oxunan: Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu -FOTOLAR

243973
Oktyabrın 15-də Neftçala rayonunda “Kür-Xəzər”xa0xa0xeyriyyə ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçirilib.xa0

Moderator.azxa0xəbər verir ki,xa0iştirakçılar Milli Qəhrəman Samid İmanovun məzarını ziyarət etdikdən sonra tədbir Neftçala rayon Heydər Əliyev Mərkəzində dsavam etdirlib.

Çıxış edən “Kür-Xəzər”xa0xa0xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki,xa0xa0Azərbaycana aprel qələbəsini yaşadanlardan biri olan Samid İmanov Azərbaycan xalqının əbədiyaşar oğludur.xa0

xa0Akif Kərimov deyib ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Milli Qəhrəman” adına layiq görülən şəhid mayor Samid İmanovun yaşasaydıxa0xa037 yaşı olacaqdı. Ömür üçün az müddətdə Samid İmanov adını Azərbaycan tarixinə yazmağı bacardı.




Təşkilat rəhbəri qeyd edib ki, bu gün təqdim olunan “Yüksəlişin sirri” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

xa0

Tədbirdə çıxış edən Azərbaycan bayrağı ordenli general İsgəndər Allahverdiyev, Azərbaycan bayrağı ordenli polkovnik Xətayi Baxşıyev, Dünya Azərbaycanlıları Konkresinin sədr müavini Xəzər Emin, AZTV-nin əməkdaşı Elnar Məmmədli və digərləri Samid İmanovun vətənpərvərliyixa0xa0və qəhrəmanlığı barədə geniş danışaraq , gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıblar.



xa0Sonra “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib.

xa0Qeyd edək ki,xa0xa0filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.

Tədbirdə eyni zamanda Samid İmanova həsr olunmuşxa0xa0"İgidim" marşı da nümayiş olunub. Marşınxa0xa0söz vəxa0xa0musiqi müəllifi Gülqədəm Mirzəzadədir.

Filmin Bakı şəhərində də təqdimatının keçirilməsi nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO