Merkel Bakıda 
 - İlham Əliyevlə görüşdü+Yenilənir

Merkel Bakıda - İlham Əliyevlə görüşdü+Yenilənir

Hazırda oxunan: Merkel Bakıda - İlham Əliyevlə görüşdü+Yenilənir

237593
Almaniya Kansleri Angela Merkel bu gün Azərbaycana səfərə gəlib.

Moderator.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.xa0

Prezident İlham Əliyev kansler Angela Merkeli qarşılayıb.

***

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra prezident İlham Əliyevin və Almaniya kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident və kansler görüşdə çıxış ediblər.xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO